Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
21-06-2019, 09:33 Oxunub: 19

Qayın yeznəsini qətlə yetirdi, arvadını isə bıçaqladı

Qayın yeznəsini qətlə yetirdi, arvadını isə bıçaqladı
 
Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.
Anews.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, rayonun Yeni Suraxanı qəsəbəsində təxminən 35 -40 yaşlarında olan Ərəsov Muşviq Etibar oğlu bacısının əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib. O, ürəyindən iki bıçaq zərbəsi alıb və yerindəcə keçinib.
Hadisəni törədən şəxs daha sonra həyat yoldaşı, 1991-ci il təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızına bir neçə bıçaq zərbəsi vurub. Yaralı qadın ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.