Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
17-06-2019, 15:51 Oxunub: 29

Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirilib

Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirilib
 
Tbilisidə Gürcüstan prezidentinin sarayı qarşısında simvolik aksiya keçirilib.

"Report”un yerli bürosu xəbər verir ki, "Birlikdə evdə - Gürcüstanda” təşkilatının üzvləri sarayın qarşısına kartof kisələri gətiriblər.

Aksiya iştirakçıları prezident Salome Zurabişvilinin istefasını tələb ediblər.

Təşkilatın rəhbəri Salome Çelidze bildirib ki, kartof prezidentin hakimiyyətə gəlməsi ilə bağlıdır: "Bizdə hamı üçün havayı kartof var. Kartof simvolik olaraq paylanılacaq və bu, Salome Zurabişvili istefaya gedənə qədər davam edəcək”.

Qeyd edək ki, Gürcüstan müxalifəti ötən ilin noyabrında ölkədə keçirilən prezident seçkilərində hakim Gürcü Arzusu Partiyasını S.Zurabişvilinin xeyrinə seçicilərin səslərini kartof və soğanla satın almaqda ittiham ediblər.