Qaynarxətt: (+99470) 997 11 77
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
14-06-2019, 22:14 Oxunub: 40

SOCAR daha bir xarici şirkətlə razılığa gəldi

SOCAR daha bir xarici şirkətlə razılığa gəldi
 
İyunun 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev SOCAR Tower-də Norveçin Equinor ASA şirkətinin birinci vitse-prezidenti Kerri Lokhart və Equinor-Azərbaycan şirkətinin ölkə üzrə meneceri Fuad Qurayşinin rəhbərlik etdikləri nümayəndə heyətini qəbul edib.
Görüşdə SOCAR və Equinor şirkətləri arasında cari əməkdaşlıq məsələləri, xüsusilə "Qarabağ” yatağının işlənməsi istiqamətində aparılan hazırlıq işlərinin statusu müzakirə olunub. 
Equinor şirkətinin nümayəndələri "Qarabağ” layihəsi üzrə aparılan işlərdə SOCAR-ın CDC (Caspian Drilling Company) şirkətinin iştirakını yüksək qiymətləndirib, şirkətin səriştəlilik, təhlükəsizlik və əməyin mühafizəsi sahəsində tətbiq etdiyi standartları təqdir ediblər.SOCAR və Equinor arasında əməyin mühafizəsinin maksimum gücləndirilməsi istiqamətində təcrübə mübadiləsinin genişləndirilməsi barədə razılıq əldə olunub.
Qeyd edilib ki, gələn ay "Qarabağ” yatağında qazma işləri aparacaq qurğu və yeni platforma nəzarətdən keçiriləcək, son tənzimləmələr tamamlandıqdan sonra platformanın dənizdə quraşdırılmasına başlanılacaq. Bu istiqamətdə görülən işlərin operativ və qrafikə uyğun şəkildə aparılmasının əhəmiyyəti vurğulanıb.
Xatırladaq ki, 30 May 2018-ci il tarixində SOCAR və Norveçin Equinor şirkəti arasında "Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) və "Xəzər dənizinin Azərbaycan sektorunda "Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında sazişlər imzalanıb.
"Qarabağ” perspektivli dəniz strukturu 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilmiş, 1984-cü ildə dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində strukturun neft-qazlılığı təsdiqlənib.
Yataq Bakıdan şərq istiqamətində 120 kilometr aralıda, açıq dənizin 150-200 metr dərinliyində yerləşir. "Dan Ulduzu” və "Əşrəfi” perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. "Aypara” sahəsi isə Bakıdan 90 kilometr şimal-şərqdə yerləşir və 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib.

XƏBƏR LENTİ
19:00 | Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun fəaliyyəti təkmilləşdirilir - FƏRMAN 18:45 | Yeni Daxili İşlər naziri Vilayət Eyvazov KİMDİR? - Dosye 18:35 | İlham Əliyev onu daxili işlər naziri TƏYİN ETDİ 18:30 | Dövlət Təhlükəsizliyi Xidmətinə yeni rəis təyin edilib - SƏRƏNCAM 18:15 | “Azərsilah” ləğv edilir 18:05 | Ramil Usubov nazir vəzifəsindən azad edildi - Yeni vəzifəyə təyin edildi 18:00 | Mədət Quliyev müdafiə sənayesi naziri təyin edilib 14:38 | İmamoğlu seçkini yenidən qazansa, Ərdoğana rəqib olacaq - Türkiyəli eks-nazirdən maraqlı AÇIQLAMA 14:22 | MN şöbə müdiri: Şəhidimizə verdiyimiz qiymət erməniləri şoka saldı 13:56 | Qaçqınlar faciə ilə üzləşdi - 22 ölü 12:58 | Azərbaycanlı deputatın şirkəti bağlandı 12:39 | Qaz və elektrik enerjisinin qiyməti endiriləcəkmi? 11:52 | Bakı - Quba yolunda ağır qəza- yaralılar var - FOTO/VİDEO 11:34 | "Manatın taleyi maaş artımından yox, neftin qiymətindən asılıdır" 11:20 | Sezar Rodriqes "Zirə"də qaldı - rəsmi 11:03 | Murad Dadaşovun nazirliyin tədbirində iştirakı qalmaqal yaratdı 10:48 | Serbiyada İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilib 10:25 | Ağsaqqallar Ağstafadakı qətliamı önləyə bilərdimi... - Vaxtilə Lenin də qan davasına görə qisas alıb...v 09:53 | Paşinyan Qarabağda müharibə istəyir 09:31 | Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR - VİDEO 09:10 | Yayda Bakının torpaq bazarında qiymətlər necə olacaq? - TƏHLİL 08:53 | Qarabağda savaş başlayacaq- Rusiyadan müharibə xəbərdarlığı