Qaynarxətt: (+99470) 997 11 77
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
14-06-2019, 11:30 Oxunub: 10

Azərbaycan enerji içkiləri ilə bağlı qadağalar tətbiq etdi

Azərbaycan enerji içkiləri ilə bağlı qadağalar tətbiq etdi
 
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi enerji içkilərinin hazırlanması və istifadəsi ilə bağlı qaydaları müəyyən edib.


Agentlikdən Qaynarinfo-ya daxil olan xəbərə görə, enerji içkilərinin tərkibində kofein, taurin, qlükoronolakton, inozitol, amin turşular, B qrupu vitaminlər və s. digər stimullaşdırıcı komponentlər mövcuddur. Bu maddələr bədəndə qan dövranının sürətlənməsini, mərkəzi sinir sistemində hormonların və insulinin ifrazını stimullaşdırır. 


Belə ki, enerji içkiləri orqanizmdə əlavə enerji mənbəyi kimi yox, onun daxili resurslarından məcburi intensiv istifadənin gücləndiricisi kimi çıxış edir. Nəticədə bu içkilər xüsusən yeniyetmə və gənclərdə orqanizmin daxili ehtiyat qüvvəsinin daha tez tükənməsinə, mərkəzi sinir sisteminin işinin pozulması, depressiya, yuxusuzluq və əsəb gərginliyinə səbəb olur. 


Enerji içkilərindən normadan artıq istifadə orqanizmin daxilində kəskin zərərli mühit yaratmaqla, toxuma və hüceyrələri, daxili selikli qişanı zədələyir, immun sistemini zəiflədərək ağır xəstəliklərə gətirib çixara bilir. 


Həmin içkilərin digər qaçılmaz mənfi cəhəti isə asılılıq yaratmasıdır. Enerji içkilərinin tərkibindəki stimullaşdırıcı komponentlərin normadan artıq istifadəsi ürək infarktı riskinin artmasına, ürəkbulanma, diareya, qusma, dəridə qızarmalar, epiqastral  nahiyədə spazma, susuzluq, bulanıq görmənin meydana gəlməsinə səbəb olur.


Qeyd edilənləri nəzərə alaraq, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən enerji içkilərinin təhlükəsizlik göstəricilərinin tənzimlənməsi və bununla da bu içkilərin insan orqanizminə mümkün mənfi təsirlərinin qarşısının alınması üçün  "Enerji içkilərinə dair sanitariya norma və qaydaları” qəbul edilib.


"Enerji içkilərinə dair sanitariya norma və qaydaları” bu məhsulların minimum keyfiyyət göstəricilərinə, təhlükəsizliyinə, qablaşdırılmasına, etiketlənməsinə, daşınmasına və saxlanmasına, habelə həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir.  


Tələblərə əsasən kofein, taurin, qlükoronolakton, inozitol, amin turşular, B qrupu vitaminlər, quarana, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstraktlarının ən azı ikisi içkinin tərkibində varsa, həmin içki enerji içkisi hesab olunur. Tərkibində bu  komponentlərdən yalnız kofein istifadə edilərsə, onun miqdarı 15 mq/100 ml-dan artıq olduqda həmin içkilər də enerji içkisi hesab edilir. 


"Enerji içkilərinə dair sanitariya norma və qaydaları”na əsasən bu içkilər sanitariya norma və qaydalarına uyğun istehsal olunmalı, onların tərkibindəki toksiki elementlərin, radionuklidlərin, mikotoksinlərin və pestisid qalıqlarının miqdarı ölkədə qüvvədə olan normativ hüquqi aktlar əsasında müəyyən olunmuş həddi keçməməli,  bu içkilərin mikrobioloji göstəriciləri ölkədə qüvvədə olan normativ hüquqi aktlar əsasında müəyyənləşən normaya uyğun olmalıdır. 


Enerji içkilərinin 100 ml-də kofeinin maksimum miqdarı 32 mq, taurinin maksimum miqdarı 200 mq,  inozitol 20 mq, qlükoronolakton 200 mq, kreatinin maksimum miqdarı 1 mq müəyyən edilib. Həmçinin enerji içkilərinin 100 ml-də  Vitamin B2-nin maksimum miqdarı 0.34 mq, Vitamin B3  1.4 mq, Vitamin B5 1 mq, Vitamin B6 0.04 mq və Vitamin B12-nin maksimum miqdarı 0.0004 mq-dan çox olmamalıdır.


"Enerji içkilərinə dair sanitariya norma və qaydaları”nda göstərilir ki, enerji içkilərinin istehsalında alkoqoldan istifadə qadağandır. Enerji içkilərinin etiketlərində mütləq  "Enerji içkisi”, "Tərkibində GMO yoxdur", "Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir", "18 yaşdan aşağı şəxslərə, yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur”, "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazıları qeyd edilməlidir.


Qeyd edək ki, "Enerji içkilərinə dair sanitariya norma və qaydaları” qəbul edildiyi gündən 60 gün sonra qüvvəyə minir. Qaydalar  təbii çay, qəhvə, habelə təbii çay və qəhvə ekstraktı əsasında hazırlanan alkoqolsuz içkilərə, eləcə də idmançılar üçün nəzərdə tutulan xüsusi içkilərə şamil edilmir.
XƏBƏR LENTİ
19:00 | Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun fəaliyyəti təkmilləşdirilir - FƏRMAN 18:45 | Yeni Daxili İşlər naziri Vilayət Eyvazov KİMDİR? - Dosye 18:35 | İlham Əliyev onu daxili işlər naziri TƏYİN ETDİ 18:30 | Dövlət Təhlükəsizliyi Xidmətinə yeni rəis təyin edilib - SƏRƏNCAM 18:15 | “Azərsilah” ləğv edilir 18:05 | Ramil Usubov nazir vəzifəsindən azad edildi - Yeni vəzifəyə təyin edildi 18:00 | Mədət Quliyev müdafiə sənayesi naziri təyin edilib 14:38 | İmamoğlu seçkini yenidən qazansa, Ərdoğana rəqib olacaq - Türkiyəli eks-nazirdən maraqlı AÇIQLAMA 14:22 | MN şöbə müdiri: Şəhidimizə verdiyimiz qiymət erməniləri şoka saldı 13:56 | Qaçqınlar faciə ilə üzləşdi - 22 ölü 12:58 | Azərbaycanlı deputatın şirkəti bağlandı 12:39 | Qaz və elektrik enerjisinin qiyməti endiriləcəkmi? 11:52 | Bakı - Quba yolunda ağır qəza- yaralılar var - FOTO/VİDEO 11:34 | "Manatın taleyi maaş artımından yox, neftin qiymətindən asılıdır" 11:20 | Sezar Rodriqes "Zirə"də qaldı - rəsmi 11:03 | Murad Dadaşovun nazirliyin tədbirində iştirakı qalmaqal yaratdı 10:48 | Serbiyada İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilib 10:25 | Ağsaqqallar Ağstafadakı qətliamı önləyə bilərdimi... - Vaxtilə Lenin də qan davasına görə qisas alıb...v 09:53 | Paşinyan Qarabağda müharibə istəyir 09:31 | Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR - VİDEO 09:10 | Yayda Bakının torpaq bazarında qiymətlər necə olacaq? - TƏHLİL 08:53 | Qarabağda savaş başlayacaq- Rusiyadan müharibə xəbərdarlığı