Qaynarxətt: (+99470) 997 11 77
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
12-06-2019, 16:54 Oxunub: 19

Yəhya Babanlı FHN-dən niyə getdi? - “Mən səmərəli işləməyə gəlmişdim”

 Yəhya Babanlı FHN-dən niyə getdi? - “Mən səmərəli işləməyə gəlmişdim”
"Mən səmərəli işləməyə gəlmişdim, sistemdə faydalı iş əmsalım özümü qane etmədi”.

Redaktor.az xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin keçmiş rəhbəri Yəhya Babanlı tutduğu vəzifədən azad olunmasına münasibət bildirərkən qeyd edib.

O, bildirib ki, hər bir insan öz işinin övladıdır:

"Əvvəla, hamınıza qarşıdan gələn və müasir Azərbaycan üçün olduqca əlamətdar olan Milli Qurtuluş Günü münasibətilə xüsusi təbrikimi çatdırıram. Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin Mətbuat Xidməti şöbəsinin müdiri vəzifəsindən 6 may 2019-cu il tarixdə yazdığım müvafiq ərizəmlə ayrılmışam. Strukturun adından və təşkilati-hüquqi formasından da göründüyü kimi, geniş spektorlu bir sahə idi. Fəaliyyətə başlayanda bildirmişdim ki, strateji əhəmiyyətli dövlət qurumunda işləmək şərəfli və məsuliyyətlidir. Bu, indi də öz yerində qalır.

Məni vəzifəyə təyin edən NAZİRƏ o zaman minnətdarlığımı ifadə etmişdim, indi də öz təşəkkürümü qeyd edirəm.

Qısa zaman kəsiyində müvafiq normativ aktlar üzərində işlədik, könüllülük fəaliyyəti və s. kimi yenilikləri təşfiq edən təkliflər proqramını ortaya qoyduq. Məlumdur ki, Nazirlik yarandığı 14 il ərzində 4 Mətbuat katibi dəyişib, biri də mən. Bu xüsusda özümdə bir nöqsan, qüsur və qəbahət görmürəm. Mən səmərəli işləməyə gəlmişdim, sistemdə faydalı iş əmsalım özümü qane etmədi, belə qənaətə gəldim və bu fürsəti qiymətləndirdilər.

Tarix üzrə fəlsəfə doktoruyam.

Hələ ki, araşdırma apardığım sahəyə uyğun olaraq, Azərbaycan diasporunun, Dahi Heydər Əliyevin diaspor strategiyasının və Zati-aliləri İlham Əliyevin diaspor siyasətinin tədqiqi və təhlili ilə bu istiqamətin elmi inkişafına çalışacağam. Mənim üçün mətbuat, jurnalistika sahəsi doğma və əziz camiyədir. Hər bir KİV-ə, KİV nümayəndəsinə sonsuz hörmət və izzətimi dərin səmimiyyətlə vurğulayıram”. 
XƏBƏR LENTİ
19:00 | Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun fəaliyyəti təkmilləşdirilir - FƏRMAN 18:45 | Yeni Daxili İşlər naziri Vilayət Eyvazov KİMDİR? - Dosye 18:35 | İlham Əliyev onu daxili işlər naziri TƏYİN ETDİ 18:30 | Dövlət Təhlükəsizliyi Xidmətinə yeni rəis təyin edilib - SƏRƏNCAM 18:15 | “Azərsilah” ləğv edilir 18:05 | Ramil Usubov nazir vəzifəsindən azad edildi - Yeni vəzifəyə təyin edildi 18:00 | Mədət Quliyev müdafiə sənayesi naziri təyin edilib 14:38 | İmamoğlu seçkini yenidən qazansa, Ərdoğana rəqib olacaq - Türkiyəli eks-nazirdən maraqlı AÇIQLAMA 14:22 | MN şöbə müdiri: Şəhidimizə verdiyimiz qiymət erməniləri şoka saldı 13:56 | Qaçqınlar faciə ilə üzləşdi - 22 ölü 12:58 | Azərbaycanlı deputatın şirkəti bağlandı 12:39 | Qaz və elektrik enerjisinin qiyməti endiriləcəkmi? 11:52 | Bakı - Quba yolunda ağır qəza- yaralılar var - FOTO/VİDEO 11:34 | "Manatın taleyi maaş artımından yox, neftin qiymətindən asılıdır" 11:20 | Sezar Rodriqes "Zirə"də qaldı - rəsmi 11:03 | Murad Dadaşovun nazirliyin tədbirində iştirakı qalmaqal yaratdı 10:48 | Serbiyada İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilib 10:25 | Ağsaqqallar Ağstafadakı qətliamı önləyə bilərdimi... - Vaxtilə Lenin də qan davasına görə qisas alıb...v 09:53 | Paşinyan Qarabağda müharibə istəyir 09:31 | Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR - VİDEO 09:10 | Yayda Bakının torpaq bazarında qiymətlər necə olacaq? - TƏHLİL 08:53 | Qarabağda savaş başlayacaq- Rusiyadan müharibə xəbərdarlığı