Qaynarxətt: (+99470) 997 11 77
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
12-06-2019, 11:25 Oxunub: 10

Sərnişin dövriyyəsi ilk beş ay ərzində 1,85 milyon nəfər təşkil edib

Sərnişin dövriyyəsi ilk beş ay ərzində 1,85 milyon nəfər təşkil edib
 

2019-cu ilin ilk beş ayı ərzində Azərbaycanın hava limanları 1,85 milyon sərnişinə xidmət göstərib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, bunun da 1,57 milyon nəfəri paytaxt aeroportu – Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb ki, bu da ötən ilin analoji göstəricisindən 10 min sərnişin çoxdur.

Göstərilən müddət ərzində Bakının hava limanının baza aviadaşıyıcıları - AZAL və "Buta Airways” müvafiq olaraq 649 min və 177 min sərnişin daşıyıb.

Bakının hava limanın beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 1,36 milyon təşkil edib ki, bunun da 32,2 faizi AZAL-ın, 13 faizi "Buta Airways”in payına düşüb. Göstərilən dövrdə xarici aviaşirkətlərin payı 54,8 faiz təşkil edib.

Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu il may ayının 27-dən 30-dək ümumilikdə təxminən 600 reysə xidmət göstərib. Onlardan 57-si çarter reysləri, 10-u isə "FlyDubai”, "AirArabia”, "SCAT”, "IsrAir”, "Jazeera” və s. kimi aviaşirkətlərin əlavə müntəzəm uçuşlarının payına düşüb. Azərbaycanın əsas hava limanının sərnişin axını Bakıda Avropa Liqası finalının keçirildiyi dövrdə ümumilikdə təxminən 60 min nəfər təşkil edib.

Hazırda 27 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir. Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula, Qəbələdən Moskvaya birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

Paytaxt hava limanı ardıcıl olaraq üç ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə "Skytrax World Airport Awards” versiyasına görə ən yaxşılar siyahısına başçılıq edib, həmçinin maksimal "5 Ulduz” statusuna layiq görülüb. 2019-cu ildə Heydər Əliyev Beynəlxalq Aeroportu "Sky Travel Awards” versiyası üzrə 10 milyona qədər sərnişin dövriyyəsi ilə ən yaxşı hava limanı seçilib.



XƏBƏR LENTİ
18:05 | Müdafiə Nazirliyi ermənilərin keçirdiyi təlimin görüntülərini yaydı - Video 17:50 | Paşinyan Aprel döyüşlərinin məğlub generallarını orduya qaytarır 17:36 | Yevlaxda qəbiristanlıqda yanğın olub 17:14 | Sabah dollar neçəyə olacaq? 17:00 | Azərbaycanlı və gürcü ekspertlər Keşikçidağ məbəd kompleksinə gedəcəklər 16:43 | Abşeronda dava - jurnalist xəsarət aldı - FOTO 16:25 | 3 uşaq anasını qaçırıb vəhşicəsinə öldürdülər - Səfirlik işə qarışdı 16:08 | Zakir Həsənov: “Şəhid mayor mənim əmrimi icra edib” 12:39 | Mişel Platini həbs olunub 12:19 | Son dəqiqə: sərhəddə partlayış, zəlzələ meydana gəldi 11:59 | Əflatun Amaşov qəzet və jurnallarla bağlı təklif verdi 11:47 | Fədayə Laçının heç yerdə olmayan videosu yayıldı 11:33 | Bakıda lombarda saxta qızıl verdilər 11:20 | Azərbaycanlı miqrantlar Yunanıstana keçə bilmədi 10:51 | Ermənilər çalışırlar ki, nəsə etsinlər, ancaq biz buna imkan verməməliyik - Zakir Həsənov 10:35 | 8 nəfərin güllələndiyi qan davasının - Təfərrüatı 15:51 | Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirilib 15:25 | Ağstafadakı kütləvi qətlin təfərrüatı məlum oldu - Şok detallar 14:02 | Görkəmli bəstəkar Arif Məlikovun xatirəsi anılıb 13:31 | Yazdığı statusa görə Yazıçılar Birliyindən çıxarıldı - QALMAQAL 13:10 | Afrikalı futbolçu Azərbaycan klubunda qalmaq istəməyib 12:52 | Bazara girib 8 nəfəri güllələdi, 4-ü öldü, digərləri isə... - Azərbaycanda dəhşətli hadisə (yeniləndi)