Qaynarxətt: (+99470) 997 11 77
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
11-06-2019, 11:20 Oxunub: 11

Aşıq Pəri məclisinin üzvləri konsert proqramı ilə çıxış ediblər

 Aşıq Pəri məclisinin üzvləri konsert proqramı ilə çıxış ediblər
 

İyunun 10-da Heydər Əliyev Sarayında Aşıq Pəri məclisinin sazlı-sözlü konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, gecədə çıxış edən Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Aşıq Pəri məclisinin yaranmasının 35 illiyinin ölkə miqyasında geniş qeyd olunduğunu bildirib. Diqqətə çatdırıb ki, 1984-cü ildə Xalq şairi Hüseyn Arif və Narınc Xatın belə bir məclisin ərsəyə gəlməsini qərara alıblar. İllər boyu onun başında unudulmaz sənətkarımız Narınc Xatın dayanıb. Lakin Hüseyn Arifin də, Zəlmxan Yaqubun da diqqəti daim bu məclisin üzərində olub. Məclisdə çox böyük istedadlar yetişiblər. Belə ki, qadın aşıqlığı əski çağlara bağlı qaynaqlara söykənir. Bir çox dastanlarda kişilərlə bərabər meydanda olan qadın aşıqlar onlarla deyişirlər.

M.Qasımlı qeyd edib ki, XX yüzillikdə aşıq sənətinin görkəmli simaları olub. Onlardan biri də maralyanlı Aşıq Pəridir. Hətta Borçalıdan, Göyçədən, Gəncəbasardan istedadlı aşıqlar da meydanya çıxıblar. Onların arasında SSRİ Yazıçılar İttifaqının üzvü, Naxçıvandan yetişərək aşıq sənətini SSRİ miqyasında təqdim və təbliğ edən Aşıq Nabat Cavadovanı xüsusi qeyd etmək lazımdır. Narınc Xatının başında durduğu Aşıq Pəri məclisi bu sənətin inkişafına mühüm töhfə verib.

Diqqətə çatdırılıb ki, Aşıq Pəri məclisi indiyədək onlarla istedadlı el şairi, saz ifaçısı yetişdirib. Onların arasında Prezident təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Ulduz Quliyeva da var. Son illər bu sənətin inkişafında Narınc Xatından sonra Gülarə Azaflının da mühüm xidmətləri var. O da bir çox istedadlar yetişdirib. Onların arasında Pərvanə Zəngəzurlunun dəyərli işləri bu gün də göz qabağındadır. O, Aşıq Pəri məclisinin nüfuzunu qaldırıb, Gürcüstandan Turkiyəyə qədər bu məclisi geniş təbliğ edib.

Qeyd olunub ki, bu sənət öz qanadlarını Göyçədən, Borçalıdan, Qazaxdan, Qarabağdan, Lənkərandan, Güney Azərbaycandan götürür. Oradan olan ifaçılar özlərini Aşıq Pəri məclisinin üzvü hesab edirlər. Qadın səsi çox məlahətlidir. Xanımlar bütün hallarda öz gözəllikləri, davranışı ilə sazın mehri-məhəbbətini yaymaqda hamıdan üstündürlər. Azərbaycanda digər aşıq məclisləri olsa da, Aşıq Pəri məclisinin özünəməxsus dəsti-xətti, ənənəsi var.

Sonra tədbir konsert proqramı ilə davam edib.

Konsertdə tanınmış aşıqlar Gözəl Kəlbəcərli, Familə Göyçəli, Kəmalə Məhyəddin qızı, Xavər Zəngilanlı, Aidə Gülzar, Əfsanə Kərimli, Xəyalə Qərib qızı, Könül Gədəbəyli, Göyçə Ömürlü, Vüsalə Gədəbəyli, Türkay Ayna, Nargilə Mehdiyeva və digərlərinin ifaları maraqla dinlənilib.


XƏBƏR LENTİ
19:00 | Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun fəaliyyəti təkmilləşdirilir - FƏRMAN 18:45 | Yeni Daxili İşlər naziri Vilayət Eyvazov KİMDİR? - Dosye 18:35 | İlham Əliyev onu daxili işlər naziri TƏYİN ETDİ 18:30 | Dövlət Təhlükəsizliyi Xidmətinə yeni rəis təyin edilib - SƏRƏNCAM 18:15 | “Azərsilah” ləğv edilir 18:05 | Ramil Usubov nazir vəzifəsindən azad edildi - Yeni vəzifəyə təyin edildi 18:00 | Mədət Quliyev müdafiə sənayesi naziri təyin edilib 14:38 | İmamoğlu seçkini yenidən qazansa, Ərdoğana rəqib olacaq - Türkiyəli eks-nazirdən maraqlı AÇIQLAMA 14:22 | MN şöbə müdiri: Şəhidimizə verdiyimiz qiymət erməniləri şoka saldı 13:56 | Qaçqınlar faciə ilə üzləşdi - 22 ölü 12:58 | Azərbaycanlı deputatın şirkəti bağlandı 12:39 | Qaz və elektrik enerjisinin qiyməti endiriləcəkmi? 11:52 | Bakı - Quba yolunda ağır qəza- yaralılar var - FOTO/VİDEO 11:34 | "Manatın taleyi maaş artımından yox, neftin qiymətindən asılıdır" 11:20 | Sezar Rodriqes "Zirə"də qaldı - rəsmi 11:03 | Murad Dadaşovun nazirliyin tədbirində iştirakı qalmaqal yaratdı 10:48 | Serbiyada İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilib 10:25 | Ağsaqqallar Ağstafadakı qətliamı önləyə bilərdimi... - Vaxtilə Lenin də qan davasına görə qisas alıb...v 09:53 | Paşinyan Qarabağda müharibə istəyir 09:31 | Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR - VİDEO 09:10 | Yayda Bakının torpaq bazarında qiymətlər necə olacaq? - TƏHLİL 08:53 | Qarabağda savaş başlayacaq- Rusiyadan müharibə xəbərdarlığı