Qaynarxətt: (+99470) 997 11 77
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
7-06-2019, 13:57 Oxunub: 134

Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ

 
 Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 olacaq.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, İyunun 08-09-da Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohessas insanlar üçün müsbət amildir.


XƏBƏR LENTİ
18:05 | Müdafiə Nazirliyi ermənilərin keçirdiyi təlimin görüntülərini yaydı - Video 17:50 | Paşinyan Aprel döyüşlərinin məğlub generallarını orduya qaytarır 17:36 | Yevlaxda qəbiristanlıqda yanğın olub 17:14 | Sabah dollar neçəyə olacaq? 17:00 | Azərbaycanlı və gürcü ekspertlər Keşikçidağ məbəd kompleksinə gedəcəklər 16:43 | Abşeronda dava - jurnalist xəsarət aldı - FOTO 16:25 | 3 uşaq anasını qaçırıb vəhşicəsinə öldürdülər - Səfirlik işə qarışdı 16:08 | Zakir Həsənov: “Şəhid mayor mənim əmrimi icra edib” 12:39 | Mişel Platini həbs olunub 12:19 | Son dəqiqə: sərhəddə partlayış, zəlzələ meydana gəldi 11:59 | Əflatun Amaşov qəzet və jurnallarla bağlı təklif verdi 11:47 | Fədayə Laçının heç yerdə olmayan videosu yayıldı 11:33 | Bakıda lombarda saxta qızıl verdilər 11:20 | Azərbaycanlı miqrantlar Yunanıstana keçə bilmədi 10:51 | Ermənilər çalışırlar ki, nəsə etsinlər, ancaq biz buna imkan verməməliyik - Zakir Həsənov 10:35 | 8 nəfərin güllələndiyi qan davasının - Təfərrüatı 15:51 | Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirilib 15:25 | Ağstafadakı kütləvi qətlin təfərrüatı məlum oldu - Şok detallar 14:02 | Görkəmli bəstəkar Arif Məlikovun xatirəsi anılıb 13:31 | Yazdığı statusa görə Yazıçılar Birliyindən çıxarıldı - QALMAQAL 13:10 | Afrikalı futbolçu Azərbaycan klubunda qalmaq istəməyib 12:52 | Bazara girib 8 nəfəri güllələdi, 4-ü öldü, digərləri isə... - Azərbaycanda dəhşətli hadisə (yeniləndi)