Qaynarxətt: (+99470) 997 11 77
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
3-06-2019, 15:55 Oxunub: 21

Ramazan ayında toy edən bölgələrimiz - Sosioloq bunu sünni-şiə bölgüsünə BAĞLADI

Ramazan ayında toy edən bölgələrimiz - Sosioloq bunu sünni-şiə bölgüsünə BAĞLADI
 

Müqəddəs Ramazan ayının son günlərindəyik. Bu ayda paytaxt Bakı da daxil olmaqla bir çox bölgələrdə toy və digər xeyir işlərə fasilə verilir. Ona görə də bu ayda restoranların fəaliyyəti zəifləyir.  
Bununla yanaşı, Ramazanda toy-düyün mərasimlərinə ara verməyən bəzi rayonlarımız da var.

Mövzu barədə Modern.az saytına sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, bunun başlıca səbəbi təriqət ayrılığı ilə bağlıdır:

"Bu ayda Allah və onun hökmü ilə göyün üzündə planetlərin düzümü də insanların nəfsini tərbiyə etməyə kömək edir. Bütün İslam aləmində Ramazan ayı çox müqəddəs aylardan biridir. Amma sünnilər və şiələr arasında Ramazan ayına münasibət bir qədər fərqlidir. Sünillər bu ayı daha çox insanın öz nəfsini tərbiyə etmək ayı kimi qəbul edir. 
Bildiyimiz kimi, İmam Əli namaz qılarkən başını qılıncla vurublar. Buna görə də şiələrdə bu aya münasibət bəzi günlərin İmam Əlinin qətli ilə eyni vaxta düşməsinə bağlayırlar.Yəni onlar bu aya matəm gözü ilə də baxırlar. Bu səbəbdən şiələr bu ayda şadlıq etmək, xeyir iş görmək, təzə evə köçmək, hətta təzə paltar geyinməyə belə pis baxırlar. Başlıca səbəb təriqət fərqlərindən irəli gəlir. Sünnilərdə bu məsələ yoxdur. Onlar bu aya matəm ayı kimi baxmırlar. Xeyir işin olmasında problem görmürlər. Onlar bu ayı mənəvi təmizlənmə ayı kimi qəbul edirlər”.


Ə. Qəşəmoğlu Türkiyədə də bu ayda toyların olduğunu xatırladıb:


"Naxçıvan və Lənkəranda Ramazan ayında heç kim toy edə bilmir, çünki bu yerlərdə şiəlik çox güclü inkişaf edib. Şimal zonalarımızdan olan Quba, Qax, Zaqatala, hətta Ağdamın bəzi kəndlərində, Qazax, Şəki bu yerlərdə sünnilik üstün olduğuna görə toy, şadlıq - bu kimi xeyir işlərə normal baxırlar. Türkiyənin özündə bu ay, ayların sulatını adlandırılır və toylar da tən-tənəli şəkildə keçirilir”.


 

XƏBƏR LENTİ
18:05 | Müdafiə Nazirliyi ermənilərin keçirdiyi təlimin görüntülərini yaydı - Video 17:50 | Paşinyan Aprel döyüşlərinin məğlub generallarını orduya qaytarır 17:36 | Yevlaxda qəbiristanlıqda yanğın olub 17:14 | Sabah dollar neçəyə olacaq? 17:00 | Azərbaycanlı və gürcü ekspertlər Keşikçidağ məbəd kompleksinə gedəcəklər 16:43 | Abşeronda dava - jurnalist xəsarət aldı - FOTO 16:25 | 3 uşaq anasını qaçırıb vəhşicəsinə öldürdülər - Səfirlik işə qarışdı 16:08 | Zakir Həsənov: “Şəhid mayor mənim əmrimi icra edib” 12:39 | Mişel Platini həbs olunub 12:19 | Son dəqiqə: sərhəddə partlayış, zəlzələ meydana gəldi 11:59 | Əflatun Amaşov qəzet və jurnallarla bağlı təklif verdi 11:47 | Fədayə Laçının heç yerdə olmayan videosu yayıldı 11:33 | Bakıda lombarda saxta qızıl verdilər 11:20 | Azərbaycanlı miqrantlar Yunanıstana keçə bilmədi 10:51 | Ermənilər çalışırlar ki, nəsə etsinlər, ancaq biz buna imkan verməməliyik - Zakir Həsənov 10:35 | 8 nəfərin güllələndiyi qan davasının - Təfərrüatı 15:51 | Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirilib 15:25 | Ağstafadakı kütləvi qətlin təfərrüatı məlum oldu - Şok detallar 14:02 | Görkəmli bəstəkar Arif Məlikovun xatirəsi anılıb 13:31 | Yazdığı statusa görə Yazıçılar Birliyindən çıxarıldı - QALMAQAL 13:10 | Afrikalı futbolçu Azərbaycan klubunda qalmaq istəməyib 12:52 | Bazara girib 8 nəfəri güllələdi, 4-ü öldü, digərləri isə... - Azərbaycanda dəhşətli hadisə (yeniləndi)