22 Noyabr 2020, Bazar
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

İzmitdə Xocalı soyqırımının qurbanları anılacaq

 

Türkiyənin İzmit şəhərində Xocalı soyqırımının qurbanları anılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, faciənin 26-cı ildönümü ilə əlaqədar anım mərasimi fevralın 23-də keçiriləcək.

Qeyd edək ki, ötən ilin noyabrında İzmit şəhərində Xocalı soyqırımı ilə bağlı abidə kompleksi ucaldılıb. Abidənin üzərinə Azərbaycan və Türkiyə bayraqları həkk olunub, "Xocalını unutmayacağıq" sözləri yazılıb.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

Türkiyədə tank əleyhinə sistem hazırlanıb

 

Türkiyədə tank əleyhinə sistem (UKTK) hazırlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yerli mütəxəssislər tərəfindən hazırlanan UKTK sistemi istənilən növ zirehli texnika və hərbi avtomobillərə inteqrasiya oluna bilər.

Bildirilir ki, UKTK-nın məsafədən idarəetmə imkanına da malikdir.

 

Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sürücü-mexanik tərəfindən idarə olunmayan yeni nəsil tanklar istehsal etmək niyyətində olduqlarını bəyan etmişdi.

 

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

"Suriya Milli Qüvvələri Afrindədir"

 

Suriya Milli Qüvvələrinin karvanı sağ-salamat Afrinə daxil olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri "RİA Novosti"yə açıqlamasında yerli kürd "özünümüdafiə qüvvələri"nin nümayəndəsi Reyzan Xedu deyib.

R.Xedu Türkiyə artilleriyasının zərbələrindən sonra Suriya qüvvələrinin geri çəkilməsi barədə Türkiyə tərəfinin açıqlamalarını təkzib edib. O, qüvvələrin artıq Afrində olduğunu bildirib. R.Xedu qeyd edib ki, kürdlər mütəmadi olaraq Suriya ordusu, Dəməşq və Afrindəki rəhbərliklə təmasdadır.

 

Qeyd edək ki, Suriya Milli Qüvvələri Bəşər Əsədi dəstəkləyən könüllülərdən ibarət silahlı birləşmədir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
 

Türkiyədə Xocalını unutmayıblar - Kılıçdaroğlu

 

 
 

Türkiyədə Xocalı faciəsini unutmayıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Cümhuriyyət Xalq Partiyasının başçısı Kamal Kılıçdaroğlu bəyan edib.

Siyasətçi qeyd edib ki, qardaş Azərbaycan xalqının dərdi Türkiyənin dərdidir.

 

"Allahdan Xocalıda şəhid olan insanlar üçün rəhm diləyirik. Bizim ürəklərimiz Azərbaycanla döyünür", - Kamal Kılıçdaroğlu deyib.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

Suriyada 1715 terrorçu zərərsizləşdirilib, Türkiyə 32 şəhid verib

 

Türk əsgərlərin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" antiterror əməliyyatı 32 gündür davam edir.

Milli.Az bildirir ki, 32 gün ərzində ümumilikdə 1715 terrorçu öldürülüb.

Bu barədə məlumatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı söyləyib. O bildirib ki, Türkiyə 32 şəhid verib.

 

"Əməliyyat başlayandan bu günə qədər 1715 terrorçu zərərsizləşdirilib, 32 şəhidimiz var. Kənardan əməliyyat zəif aparılır kimi görünə bilər. Amma bunu unutmayın. Biz ora qarşımıza çıxan hər şeyi məhv etmək üçün getmədik. Ölkəmizdə yaşayan suriyalıların orada məskunlaşması üçün orada əlverişli şərait yaratmağa getdik".

Anadolu Agentliyinin məlumatına görə, daha 5 kənd (Sorani, Heyyani, Zeytune, Çarkanlı və Arpaviran ) terrorçulardan azad edilib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

Suriya bombalandı: 100-ə qədər ölən var

 

Suriya hökumət qüvvələrinin Dəməşqin şəhər kənarında yerləşən Şərqi Quta qəsəbəsini bombalaması nəticəsində çox sayda dinc sakin həlak olub.

Bu barədə Suriya İnsan Haqları Müşahidə qrupu məlumat yayıb.

Qrupun məlumatına görə, aviazərbələr və qurudan buraxılan raketlər azı 98 dinc sakin, o cümlədən 20 azyaşlı uşağın həyatına son qoyub.

Ordunun hazırda üsyançıların nəzarətində olan qəsəbədə quru əməliyyatına hazırlaşdığı bildirilir.

Birləşmiş Millətlər Təşkilatı bölgədə vəziyyətin nəzarətdən çıxdığını və yaşayış məntəqəsində çox sayda mülki əhalinin olduğunu nəzərə alaraq bombardmanın dərhal dayandırılmasını tələb edir.

Statistikaya görə, Şərqi Qutada qəsəbənin mühasirəyə düşdüyü 2013-cü ildə bəri 400 minə yaxın insan həyatını itirib./oxu

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

ABŞ dünya ölkələrini Şimali Koreya ilə əlaqələri kəsməyə çağırıb

 

ABŞ bütün dünya ölkələrini Şimali Koreya ilə əlaqələrdən imtina etməyə çağırıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, belə bir çağırışla ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Gerbert Makmaster Münhen Təhlükəsizlik Konfransında çıxış edib.

O, Vaşinqtonun dünya ölkələrini Pxenyanla ticarət əlaqələrini, mal tədarükünü dayındırmağa çağırdığını bildirib.

 

Makmaster müvafiq addımları atmayan ölkələri məsuliyyətsiz adlandırıb .

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

"Mülki vətəndaşlara zərər gəlməsin deyə Türkiyədən bəzi tələblərimiz var"

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Reks Tillersonla birgə Ankarada mətbuat konfransı təşkil edib.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, Türkiyə XİN çıxışı zamanı bildirib ki, Amerika ilə əlaqələrin normallaşması barədə razılığa gəliblər:

"Bu səfəri vacib və faydalı hesab edirik. Yalnız ikitərəfli münasibətləri deyil, eyni zamanda regional məsələləri müzakirə etmişik. Əlaqələrimizin normallaşması barədə razılığa gəlmişik".

 

"Amerika ilə Türkiyənin münasibətləri dərin köklərə malikdir. Mülki vətəndaşlara zərər gəlməsin deyə Türkiyədən bəzi tələblərimiz var", - Çavuşoğludan sonra çıxış edən Tillerson söyləyib.

Ramazan ayının yeddinci gününün imsak, iftar və namaz vaxtları - FOTO 19 apr 2021, 23:09 Türkiyənin yeni səfiri Bakıya gəldi - PAYLAŞIM / FOTOLARv 19 apr 2021, 23:00 Bu ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq 19 apr 2021, 19:30 UEFA rəhbəri: “Superliqada oynayacaq furbolçular Dünya və Avropa çempionatlarında iştirak etməyəcəklər” 19 apr 2021, 19:14 Magistratura səviyyəsi üzrə yeni maliyyələşmə mexanizmi - QƏRAR 19 apr 2021, 18:52 “Sülhməramlıların” həddini aşan məramı: Qarabağda paradı yalnız müzəffər Azərbaycan ordusu keçirə bilər! 19 apr 2021, 18:24 İşğaldan azad olunmuş İsmayılbəyli kəndi - VİDEO 19 apr 2021, 18:06 Nazirdən yüksək vəzifəyə TƏYİNAT 19 apr 2021, 17:57 Mayın 9-dan 16-dək ölkədə avtobuslar işləməyəcək 19 apr 2021, 17:29 BDU-nun dosenti koronavirusdan öldü - FOTO 19 apr 2021, 17:11 Son sutkada yoluxanların sayı açıqlandı 19 apr 2021, 16:52 Yunanıstan və Fransa səfirləri Türkiyə XİN-ə çağırılıb 19 apr 2021, 16:32 İlham Əliyev Bakıda parkın təmirinə beş milyon manat ayırdı - SƏRƏNCAM 19 apr 2021, 16:17 Ramiz Mehdiyev kürəkəninin qardaşına vəzifə verdi 19 apr 2021, 15:55 Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi təsdiqləndi - SƏRƏNCAM 19 apr 2021, 15:46 Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat edib - FOTO 19 apr 2021, 15:24 İlham Əliyev üç ölkəyə səfir təyin etdi - SƏRƏNCAM 19 apr 2021, 15:11 Anar Məhərrəmov səfir postundan geri çağırıldı - Prezidentdən yeni TƏYİNAT 19 apr 2021, 14:59 Prezident Ramiz Həsənova yeni vəzifə verdi 19 apr 2021, 14:48 Sabah 30 dərəcə isti olacaq 19 apr 2021, 13:33 Prezident fərman imzaladı 19 apr 2021, 13:25 Vəzifəli şəxs torpaq satdığı üçün həbs edildi 19 apr 2021, 12:55 İlham Əliyev fərman imzaladı: Yeni agentlik yaradılır 19 apr 2021, 12:33 Bir qrup valideyn Təhsil Nazirliyinin qarşısına toplaşdı 19 apr 2021, 12:19 Azərbaycanda üç vəzifəli şəxs barəsində cinayət işi başlanıldı - RƏSMİ 19 apr 2021, 11:53