Qaynarxətt: (+99470) 997 11 77
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
4-04-2020, 13:13

DİN karantin rejimi ilə bağlı suallara aydınlıq gətirdi - Diqqət!

 

DİN karantin rejimi ilə bağlı suallara aydınlıq gətirdi - Diqqət!

 

 
Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran suallara aydınlıq gətirib.

"Report" həmin sual və cavabları təqdim edir:

- Tətbiq olunan xüsusi karantin rejimi dövründə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında şəxsi minik nəqliyyat vasitələrinin hərəkətinə icazə verilirmi?

- Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında avtomobillə hərəkətə yalnız xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında, habelə "icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə və 8103 nömrəsinə SMS göndərməklə konkret müddətə icazə alındıqda yol verilir.

- Xüsusi karantin rejimi dövründə müvafiq icazə əsasında hərəkət edən şəxs ona məxsus olan və ya etibarnamə ilə idarə etdiyi nəqliyyat vasitəsi üçün əlavə icazə almalıdırmı?

- "İcaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə və 8103 nömrəsinə SMS göndərməklə icazə almış şəxs fərdi avtomobilindən istifadə edə bilər. Bunun üçün əlavə icazə almaq tələb olunmur. Lakin müvafiq icazəsi olmayan şəxslərin həmin avtomobildə daşınması yolverilməzdir və bu, hüquqi məsuliyyət yaradır.

- Xüsusi karantin rejimi dövründə icazə əsasında küçəyə çıxan şəxslərin əlcək geyinməsi və maska taxması vacibdirmi?

- Xüsusi karantin rejimində küçəyə çıxan şəxslərin əlcək geyinməməsinə və maska taxmamasına görə hüquqi məsuliyyət nəzərdə tutulmayıb.

XƏBƏR LENTİ
18:37 | Karantin yumşaldılsa da, bölgələrə gediş-gəliş niyə bərpa olunmur? - MÜNASİBƏT 18:10 | Pərviz Abdullayev Türkiyədə parodiya olundu: “Toyuq budu nə gedəəərrr?” - VİDEO 18:00 | Mixail Zabelin şəhid anaları haqqında nə dedi -FOTOLAR 17:50 | Dolların sabaha olan MƏZƏNNƏSİ 17:35 | İSRAİL-İRAN KİBERMÜHARİBƏSİ: hakerlər də “qana-qan, dişə-diş” prinsipi ilə hərəkət edirlər – TƏHLİL 17:17 | Prezident İlham Əliyev FƏRMAN İMZALADI 16:02 | Respublikanın Baş epidemioloqundan vətəndaşlara ÇAĞIRIŞ 15:26 | Şikayətçilər baş həkim Emin Hüseynin qanunsuz əməllərindən danışdılar 15:16 | Kamran Əliyev onlara yeni vəzifə verdi 14:50 | SON DƏQİQƏ: Bakıda etiraz aksiyası keçirilir 14:49 | Ali məktəblərə qəbul imtahanları niyə elan edilmir?- RƏSMİ AÇIQLAMA 14:37 | Kollec məzunlarının qeydiyyatı başladı 13:13 | Etirazçılar Trampı Ağ Evin bunkerində gizlənməyə məcbur etdi- SON DƏQİQƏ 12:50 | "Ən çox təhqirə məruz qalan şəxslərdən biri mənəm"- Milli Məclisin sədr müavinindən ŞOK AÇIQLAMA 12:26 | Milli Məclis tarixində bir İLK OLDU 12:05 | Ailə üzvlərində koronavirus aşkarlanan abituriyent imtahana BURAXILMAYACAQ 11:44 | Sosial şəbəkədə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçəcəyik? 11:41 | Parlamentin növbədənkənar sessiyasının ilk iclası başladı 10:56 | Bərdədə oğul anası və bacısını güllələyib – Rəsmi açıqlama 10:37 | Mayda hərraclarda nə qədər valyuta satılıb? - FOND MƏLUMAT YAYDI 09:58 | Buraxılış imtahanlarının vaxtı açıqlandı - QRAFİK 09:24 | Birinci vitse-prezident Mehriban Əliyevadan 1 İyun təbriki - FOTO