22 Noyabr 2020, Bazar
8 sen 2021, 08:17 | Bölgə
10 ildir həllini tapmayan problem – Müəllimdən nazirə müraciət


10 ildir həllini tapmayan problem – Müəllimdən nazirə müraciət

 


Xızı rayonunun Giləzi qəsəbəsinin sakini, ibtidai sinif müəlliməsi Aygün Rəsulova Cebhe.info vasitəsilə Təhsil naziri Emin Əmrullayevə açıq müraciət ünvanlayıb.

O, 10 ildir ki, Xızı rayonu Giləzi qəsəbəsinin Mikayıl Müşfiq adına orta məktəbinə yerdəyişməyə nail oladığı üçün normal qaydada müəlimlik fəaliyyətini davam etdirə bilmədiyini deyir.

Aygün Rəsulova Emin Əmrullayevə müraciət edərək onun 10 ildir həllini tapmayan problemimin yoluna qoyulmasına yardım etməsini xahiş edir:

"Mən 2001-2016-cı illər ərzində Siyəzən rayonunun Böyük Həmyə kənd orta məktəbində çalışmışam. 2011-ci ildə ailə qurub, Xızı rayonunun Giləzi qəsəbəsinə köçsəm də, qəsəbədəki orta məktəbə yerdəyişməmi reallaşdıra bilmirəm. 2016-cı ildə Böyük Həmyə kəndindən Xızının Ağdərə kənd ümumi orta məktəbinə yerdəyişməm təmin olunub. Bu kəndi seçərkən düşündüm ki, rayondaxili köçürmə daha asan olar və tezliklə Giləzi qəsəbəsinə yerdəyişmə mümkün olar. Amma belə olmadı. Adətən yerdəyişmə zamanı Giləzi məktəbində vakansiya açılmır, amma elə həmin il də müəllimlərin işə qəbulu zamanı məktəbdə vakansiya "peyda olur””.

Aygün Rəsulova maddi durumunun ağır olduğunu bildirir:

"Dolanışığım ağırdır, səhhətimdə problemlər var. Həyat yoldaşımın əməkhaqqı aşağıdır və ailəni təmin etməyə yetmir. İki uşaqla öz qəsəbəmizdən 70 kilometr uzaqda yerləşən Ağdərə məktəbində işləməyim mümkünsüzdür. Qeyd edim ki, bir neçə il əvvəl qayınanam Minurə Rəsulova işimi davam etdirməm üçün ev-eşiyini, təsərrüfatını atıb, mənimlə birlikdə Ağdərəyə getdiyi üçün çətin də olsa orada işimi davam etdirə bilirdim. İndi isə şəkər xəstəsi və bu il gözündən əməliyyat olunan qayınanamın mənimlə birlikdə Ağdərəyə getməyi mümkünsüzdür.Digər tərəfdən isə oğlum Vəlican bu il orta məktəbə gedəcək. Ailə vəziyyətim ucqar Ağdərə məktəbində çalışmağıma imkan vermir”.

Aygün Rəsulova bir neçə dəfə Təhsil Nazirliyinə yazılı müraciət etdiyini qeyd edir:

"Cənab nazir, təhsil işçilərinin şikayətlərinə laqeyd olmamağınızı, nəzərə alaraq, şəxsən Sizə müraciət edirəm. Ümid edirəm ki, durumum nəzərə alınacaq, təhsil sistemimdə fəaliyyətimi davam etdirməyimə yardımçı olacaqsınız”.

Anım günü ilə əlaqədar Bakının bu ərazilərində hərəkət məhdudlaşdırılacaq 25 sen 2021, 18:06 Yoluxanların sayı açıqlandı 25 sen 2021, 17:25 Hava şəraiti ilə bağlı əhaliyə - Xəbərdarlıq 25 sen 2021, 17:03 Rus sülhməramlıların yeni komandanı Karapetyanla görüşdü 25 sen 2021, 15:49 İƏT erməni cinayətləri barədə hesabat hazırlayacaq 25 sen 2021, 15:11 Kriminal dünyada yeni savaş: "Lotu Quli"nin qisası alınır? 25 sen 2021, 15:06 Azərbaycanda yüksək vəzifə tutan xanımlar - SİYAHI 25 sen 2021, 14:41 Mahir Emrelidən Poşla mətbuatına maraqlı açıqlamalar 25 sen 2021, 13:54 Qarabağdakı rus sülhməramlıların yeni komandanı o oldu 25 sen 2021, 13:51 Qarabağdakı rus sülhməramlıların yeni komandanı o oldu 25 sen 2021, 13:27 Azərbaycana qar yağdı - FAKTİKİ HAVA (YENİLƏNİB) 25 sen 2021, 13:24 Sahibə Qafarova Qazaxıstana getdi 25 sen 2021, 12:49 İkinci Qarabağa savaşında qəhrəmanlıq dastanı yazan igidlər: Göynük Qartalları 25 sen 2021, 12:43 “Dövlət qurumlarının sosial mediada səmərəli fəaliyyətinin təşkili” mövzusunda seminar keçirildi 25 sen 2021, 11:34 Sosial yardım alanlara VACİB XƏBƏR 25 sen 2021, 10:08 FHN-in sabiq şöbə müdiri HƏBS EDİLDİ 25 sen 2021, 10:05 Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşdü 25 sen 2021, 09:39 İranın Bakıdakı səfiri Qarabağa daşınan yüklərdən və sərhəddəki təlimdən danışdı 24 sen 2021, 21:36 Rayona ictimai nəqliyyatla gedənlərdən COVİD-19 pasportu tələb ediləcək 24 sen 2021, 19:09 Oktyabrın 1-dən ictimai nəqliyyat həftəsonu da işləyəcək 24 sen 2021, 18:46 Operativ Qərargah məlumat yaydı 24 sen 2021, 18:33 Mehriban Əliyeva Binədə yeni inşa edilən məktəbdə - Fotolar 24 sen 2021, 18:20 Şərəfli Zəfərimizin birinci ili 24 sen 2021, 17:30 Jirinovski deputat mandatından imtina ETDİ 24 sen 2021, 17:28 Ramin Bayramlı bu vəzifəsindən də AYRILDI 24 sen 2021, 17:24