Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
30-03-2019, 01:59 Oxunub: 79

İş adamından Prezidentə açıq məktub: “Məhkəmələr Sizin islahat vədinizə kölgə salır”

İş adamından Prezidentə açıq məktub: “Məhkəmələr Sizin islahat vədinizə kölgə salır”Bir müddət əvvəl xəbər vermişdik ki, "Yeni Həyat Şirkətlər Qrupu” bir iş adamının mülkiyyətini xeyli mübahisəli yolla şəkildə ələ keçirmiş və öz hüququnu məhkəmə yoluyla bərpa edə bilməyən iş adamı bir sıra dövlət yetkililərinə şikayət teleqramı göndərmişdi. Əldə etdiyimiz məlumata görə, bəzi dövlət qurumlarından şikayətçiyə cavab gəlsə də, onun narazılığını azaldacaq tərzdə olmamışdır. Xüsusilə hüquq mühafizə orqanları vətəndaşa şikayətinin mülki xarakterli olmasını xatırlatmış və bu işlə məşğul ola bilməyəcəklərini çatdırmışlar. Əlacı hər yerdən kəsilən vətəndaş Sübhan Zayıdov isə Prezidentə açıq məktub yazmaq məcburiyyətində qalmışdır.

Son zamanlar Prezidentin xalqa hüquqi, siyasi, iqtisadi islahatlar vədi verdiyi indiki şəraitdə sözügedən açıq məktubun ictimai əhəmiyyət daşıdığını nəzərə alıb nöqtə-vergülünə toxunmadan "Hürriyyət” oxucularına təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

Açıq məktub

Cənab Prezident, ölkəmizdə ciddi islahatlara start verdiyiniz indiki dövrdə işlərinizin xeyli çox olduğunun fərqindəyəm. Bununla belə, problemimin həlli üçün Sizə müraciət etməkdən başqa çarə qalmayıb. Yalnız Sizə üz tutmağımın, əlbəttə, çox mühüm səbəbləri də var.

Səbəblərdən biri müraciət etdiyim bütün instansiyalarda get-gəllərə salınmağım, dövlət sənədlərinin saxtalaşdırılması, başıma gətirilən oyunlarda açıq-aşkar korrupsiya ehtimallarının mövcudluğuna rəğmən, hüquq mühafizə orqanlarının "mülki iş” deyib məni başlarından uzaqlaşdırmasıdırsa, digəri Sizin ciddi islahatlara başlamaq əzmində olduğunuza əminliyimdir. Digər bir səbəb isə mənim insan kimi ən fundamental hüququmu pozanların öz əməllərində Sizin ailənin adını hallandırmalarıdır. Mən də bütün bunları dövlətçilik maraqları və imici üçün qəsdən yaradılmış təhlükə, hətta Sizə qarşı həyata keçirilən təxribat hesab etdiyimdən Zati-alilərinizi vəziyyətdən hali etmək istəyirəm. Ümidvaram ki, mənim bu saf niyyətimi düzgün qiymətləndirəcək, dövlət imicimizə kölgə salan bütün halların qarşısının alınmasında mənə lazımi köməklik göstərəcəksiniz.

Qarşılaşdığım problemin qısa məğzi belədir:

Mən – Şamaxı rayonunun Ərəbşalbaz kənd sakini S.Ə. Zayıdov 2004-cü ildə "Mərmər” ASC-nin satışa çıxardığı, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Zığ şossesi 5/1 ünvanında yerləşən 5 hektarlıq ərazini satın almışam. Əlimdə bunu təsdiqləyən xeyli sənədlər var: Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən mülkiyyətin ilk sahibi Bakı "Mərmər” ASC-yə 26 avqust 2004-cü ildə verdiyi № 006906 saylı Textiniki pasport, Bakı şəhər İcra Hakimiyyətinin ozamankı sədri Hacıbala Abutalıbovun 16.11.2007-ci il tarixli № 7-972/17 saylı məktubu, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarəedilməsi ürə Dövlət Komitəsinin "Mərmər” ACS-yə 01.07.2007-ci il tarixində göndərdiyi № 08-2/4075 saylı arayışı, Azərbaycan Respublikasının Prezidentinin yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 10/2-118 nömrəli 20.09.2003 –cü il tarixli arayışı, Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən 30.12.2004-cü il tarixində verilmiş 0102-A1-1313 nömrəli Dövlət Qeydiyyatı Haqqında Şəhadətnamə, eyni nazirliyin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə şöbəsinin 30.12.2002-ci il tarixli Kommersiya Təşkilatlarının Dövlət Reyestrindən Çıxarışı, alqı-satqı, təhvil-təslim aktları və s. Mülkiyyət hüququmun tanınması üçün çatışmayan yeganə sənəd isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşdirmə aktıdır.

Cənab Prezident,

mülkiyyət hüququmun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tanınmamasının səbəbi heç də tələb olunan dövlət rüsumunu ödəməməyim deyil. Mən 2004-cü ildə də, indi də tələb olunan dövlət rüsumunu ödəməyə hazıram. Sadəcə, Əmlak Komitəsinin sədr müavini Rafiq Cəlilov məndən astronomik miqdarda qeyri-qanuni ödəniş tələb etmiş, mənimsə buna imkanım çatmadığından hüququmu rəsmən təsdiqlədə bilməmişəm. On ildən sonra isə həmin torpaq sahəsi "Yeni Həyat Şirkətlər Qrupu”na məxsus "Baxçasaray” adlı bir MTK-nın adına özəlləşdirilmişdir. Özü də mənim xəbərim olmadan. Halbuki, qanunvericiliyə görə, bu təklif ilk olaraq mənə verilməli idi. Yalnız ondan imtina edəcəyim təqdirdə təklif başqasına oluna bilərdi. Qanunvericiliyin bu tələbləri yerinə yetirilmədən, mülkiyyətimin başqa birisinin adına özəlləşdirilməsi sanki məndən istənilən rüşvəti ödəməməyimin cəzalandırılması idi. Hüquq fəlsəfəsinə görə, rüşvət verən də aktiv rüşvətxor, başqa ifadə ilə desək, cinayətkar hesab edildiyindən, cinayətə bulaşmadığım üçün cəzalandırılmağımın ədalətdə, qanunvericilikdə heç bir yeri yoxdur. Təəssüf ki, Azərbaycan məhkəmələri də bu həqiqəti nəzərə almadan cinayətin qarşısını almaq əvəzinə, məni –yəni cinayətdən imtina edən cəzalandırmaq yolunu tutdu.

Belə ki, əmlakımın qanunsuz yolla əlimdən alınması nəticəsində "Yeni Həyat Şirkətlər Qrupu” ilə aramızda başlayan çəkişmələr məhkəmə salonlarına daşındı. 2018-ci ilin iyulunda Xətai Rayon Məhkəməsi bütün hüquqi əsaslara əhəmiyyət verməyərək, torpağımı zəbt edən "Yeni Həyat Şirkətlər Qrupu”nun lehinə qərar çıxardı. Məcburən, öz halal mülkiyyətimi qorumaq üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət etdim. Apeellyasiya Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli (İş № 2(103)-10938/2018 saylı qətnaməsi) hökmü də əleyhimə oldu. İndi mülkiyyət çəkişməmiz Azərbaycan Ali Məhkəməsinin icraatındadır. Aprelin 2-də şikayətimə baxacaq Ali Məhkəmənin nə cür qərar verəcəyi isə bəlli deyil.

Hörmətli Prezidentim,

Sizin son zamanlarda Azərbaycan xalqına verdiyiniz vədlərdən biri də hüquqi, iqtisadi, struktural və kadr islahatlarına gedəcəyinizlə bağlı sözünüzdür. Mənim mülkiyyət hüququm da ən azı bu vədlərinizin ikisinin əhatə dairəsindədir. Söhbət hüquqi və iqtisadi islahatlardan gedir. Yəqin Siz də razılaşarsınız ki, ən elementar insan haqqı sayılan mülkiyyət hüququnun kobud şəkildə pozulduğu ölkədə hər hansı iqtisadi dirçəlişdən, islahatdan söhbət gedə bilməz. İqtisadiyyatın təməlini mülkiyyət hüququ təşkil etdiyindən ilk növbədə vətəndaşların bu haqqına hörmət olunmalıdır. Əks halda, nə yerli, nə xarici iş adamlarının Azərbaycana investisiya qoymasına ümid etməyə dəyməz.

Mülkiyyət hüququ həm də vətəndaşın ən elementar hüquqlarından biridir ki, onu məhdudlaşdıran siyasi sistemin mövcudluğu Sizin səmimi islahat niyyətinizə kölgə salır. Nə yazıq ki, bu kölgəni salan hansısa ermənipərəst qüvvələr yox, mövcud hüquq-məhkəmə sistemidir. Məhkəmə sisteminin özünü yeniləməsi, bu sahədə islahatlar aparıldığına dair qənaətlərin formalaşması mənim kimi insanların pozulmuş hüquqlarının bərpasından keçir. Bu mənada Ali Məhkəmənin 2 aprel tarixində mənim mülkiyyətimlə bağlı verəcəyi qərar həm də Sizin islahat vədinizin sınağı, imtahanı olacaq və hesab edirəm ki, Ali Məhkəmənin hörmətli Sədri Ramiz Rzayev də bunun fərqindədir.

Hörmətlə, Sizin ədalətinizə sığınan Azərbaycan vətəndaşı Sübhan Zayıdov
XƏBƏR LENTİ
18:00 | Putin "Orta və yaxın mənzilli raketlərin ləğvi"nə dair müqavilə barədə bəyanatla çıxış edib 17:40 | 91 yaşlı adamın ağ ciyərindən baxın nə çıxdı - FOTO 17:20 | Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış 17:07 | Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi açıqlaması 17:04 | Türkiyədə Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb 16:55 | İntihar edən gənclərdən yeni xəbər 16:25 | Dərslər başlamadan bunları edin - Həkim 16:10 | Gəncə hadisələrinə görə tutulanlardan biri AZADLIQDA 15:18 | “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert 15:15 | Bakıda ərəblərin şam işığında romantik görüşü yanğınla bitdi 15:13 | Putin: "Rusiya beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ-la dialoqa açıqdır" 15:11 | Azərbaycanın xarici dövlət borcu açıqlandı 15:09 | SON DƏQİQƏ: Bakıda güclü yanğın 14:13 | İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib - Bəyanat 14:09 | Paytaxtın bu ərazisində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur 14:06 | Ankara-Moskva münasibətlərində SOYUQ KÜLƏK - Ekspert səbəbləri AÇIQLADI 13:42 | "Liverpul" Premyer Liqa tarixində ən bahalı saziş bağlamağa hazırlaşır 13:39 | Şənbə günü hava necə olacaq? 13:18 | Türkiyədə gizli neft satan azərbaycanlılar saxlanıldı 13:09 | İş axtaranlara ŞAD XƏBƏR 12:32 | Vilayət Eyvazovdan polislərə tapşırıq: "Nəzakətli olmaq lazımdır" - VİDEO 12:10 | Almaniyada azərbaycanlıların davası ilə bağlı cinayət işi başlanıldı - Deportasiya olunacaqlar