Qaynarxətt: (+99470) 997 11 77
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
28-03-2019, 15:36 Oxunub: 66

Şəkidə qəssabların tətili davam edir!

Şəkidə qəssabların tətili davam edir!
 

İkinci gündür ki, Şəki bazarında ət satışı dayandırılıb. Səbəb ət kəsiminin Mirzə Fətəli Axundov adına parkın ərazisində yeni istifadəyə verilmiş sallaqxanaya yönəldilməsi, qəssabların isə buna etiraz etmələridir. Buna qədər Şəki bazarında bir gün ərzində 100-150 qoyunun əti satılırdı. Qəssabların bəzisi qoyunu özü kəsir, bəzisinin isə qoyunkəsən köməkçiləri bu işi görürdü, hər qoyun üçün 3 manat müqabilində. Mirzə Fətəli Axundov adına parkın ərazisində yeni istifadəyə verilmiş sallaqxanada isə bir qoyunun kəsilməsi 15-20 manata başa gəlir. İribuznu heyvanın orada kəsilməsinin qiyməti isə 45-50 manat civarındadır. 5 manat baytarın möhür vurmasına, 25 manat kəsməyə 25-30 manat isə digər xərclərə. Amma qəssablar buna da etiraz etmirlər, çek tələb edirlər, deyirlər, gətirin görək bizim ödədiyimiz pullar hansı hesaba daxil edilir. İddia edilir ki onlara çek verilmir, yalnız qeyri-rəsmi ödəniş etmələri tələb olunur.

Məlumat üçün az müddət əvvəl Şəki rayonuna yeni təyin olunmuş polis rəisinin sahibkarlara «haqq» qoyması da etirazlara səbəb olmuşdur. Orta əsr qaydalarırına görə dolu paketlə yeni rəyisin «xoşgördün«ünə getməmiş sahibkarların müəssisələri polis basqınınına məruz qalmışdır. Evində şirniyyat sexi işlədən bir qadın sahibkar isə 102 xidmətinə zəng edərək, bolis basqınının mahiyyətini bildirmiş, sübut olaraq video-görüntülər təqdim etmişdir. Daxili İşlər nazirliyi buna ciddi reaksiya verməsə də rəisin Şəki icra hakimiyyətinə dəvət edilərək tənbeh edildiyi bildirilir. Onun orada döyüldüyünü deyənlər də var.(ipekchi.az)


XƏBƏR LENTİ
23:46 | Mehriban Əliyeva Vladimir Putinlə görüşəcək 23:38 | Qadın güləşçilərin Çeboksarı sınağı 23:36 | Prezident: “Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi” 23:34 | Qaladakı qəzada ölənlər dəfn edildi, qonaq gedirlərmiş... - FOTO 23:32 | Bakı sakinindən hədə-qorxu ilə 7000 manat tələb edilib 17:34 | Kliniki Tibbi Mərkəzdə YAP ın yaradılmasının 27ci ildönümünə həsr olunmuş tədbir keçirildi. 17:13 | Bu şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI 16:51 | İlham Əliyev Zakir Fərəcovu təltif etdi 16:29 | Prezidentdən Sumqayıtdakı stadiona 5 milyon manat 16:14 | “Narazılıq var? Çox qəribə sualdır e...” – Mircavadov 15:54 | Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib 15:40 | Bu mənzilləri faizsiz, 25 ilə ala biləcəksiniz — Evi olmayanlara müjdə! - RƏSMİ 15:20 | İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə 14:07 | Afaq Aslanla bağlı ŞOK SÖZLƏR - Nadir Qafarzadə elə danışdı ki... / VİDEO 13:46 | Bakıda professor evində ölü TAPILDI 13:30 | "WhatsApp" bu telefonlarda işləməyəcək 12:37 | DYP-dən sürücülərə VACİB XƏBƏRDARLIQ - Bu yollar BUZ BAĞLAYACAQ 12:31 | DİQQƏT! DİQQƏT! İLİN NOMİNASİYALARI -2019 SƏSVERMƏ BAŞLADI! 12:13 | İcbari Tibbi Sığortanın ölkə üzrə tətbiqi müzakirə olunub 11:59 | Faiq Ağayev Elçin Əlibəyli haqqında GÖRÜN NƏLƏR DEDİ: "Qurşaqdan aşağı zarafatlarla..." 11:49 | Şəhid adından istifadə edib dələduzluq etdi - Bakı polisindən açıqlama 11:22 | "Erkən yaşda qızlarımız dünyaya uşaq gətirirlər" - Elmira Süleymanova