Bundan əlavə, prezidentlər Birgə Hərtərəfli Fəaliyyət Planının beynəlxalq təhlükəsizlik üçün vacib əhəmiyyəti olduğunu vurğulayıblar və bu kontekstdə gələcək addımların əlaqələndirilməsi barədə razılığa gəliblər.
Diyarbəkirdəki "Atatürk" stadionunda oynanılan qarşılaşmanı FİFA referisi Cüneyt Çakır idarə edib. Görüş "Akhisarspor"un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandadan 32-ci dəqiqədə Migel Lopes, 70-ci dəqiqədə Abdul Sissoko, 81-ci dəqiqədə Elder Barboza, məğlub kollektivdən isə 56-cı dəqiqədə Fernandao, 86-cı dəqiqədə isə Jozef de Souza fərqlənib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Ağalıq kəndində kənd sakini, 1974-cü il təvəllüdlü Gündüz Babayev at qoşqusunun altında qalaraq ölüb.
Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyi həmin müsabiqənin iştirakçıları üçün ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan xüsusi mükafat təsis edib. Bu mükafat müsabiqənin münsiflər heyəti və Azərbaycan səfirliyinin birgə rəyi əsasında seçilən qalibə təqdim olunacaq. Müsabiqə çərçivəsində Ümummilli Liderin xatirəsinə həsr olunan bir neçə musiqi parçasının səsləndirilməsi də nəzərdə tutulur.
Araşdırma zamanı çirkab suların sözügedən ərazidə fərdi yaşayış evlərinin sakinləri Dilqəm Vəliyev və Famil Rüstəmov tərəfindən axıdıldığı məlum olub.
"Xalq Heydər söyləyəcək" mahnısı ilə müşayiət olunan video instalyasiya Azərbaycan Respublikasının bayrağı, ümummilli lider Heydər Əliyevin fotoları və müasir Azərbaycanın fotolarından ibarət olub.














